Türkiyə hərbçiləri Naxçıvanda keçirilən hərbi təlimi izləyib -FOTO
Bizi izləyin

İqtisadi gündəm

Türkiyə hərbçiləri Naxçıvanda keçirilən hərbi təlimi izləyib -FOTO

Oktyabrın 21-i və 22-də Ərzurum şəhərində yerləşən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-polkovnik Şərəf Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində səfərdə olub.

Publika.az Müsafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin muzeyini ziyarət ediblər. Sonra qonaqlar Şəhidlər xiyabanını və Türk şəhidləri abidəsini ziyarət edərək öz ehtiramlarını bildiriblər.

Nümayəndə heyətini qərargahda qəbul edən Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev türkiyəli qonaqların Naxçıvana səfərini iki qardaş ölkə arasında hərbi sahədə əlaqələrin inkişafı kimi dəyərləndirib. Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyətin sosial-məişət şəraiti, döyüş hazırlığının səviyyəsi ilə tanış olub, yeni açılmış Təlim və Tədris Mərkəzinə baş çəkib, poliqonda bölmələrlə keçirilən taktiki təlimləri izləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm