Bakıdakı hündürmərtəbəli binaların davamlılığına yaponlar rəy verəcək
Bizi izləyin

İqtisadi gündəm

Bakıdakı hündürmərtəbəli binaların davamlılığına yaponlar rəy verəcək

Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək.

Bu barədə Publika.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, Mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın "SHİNYEİ OYO S-İ" şırkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub.

Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edib.

"Biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik"- Enji Koide deyib.

RSXM-nin Baş direktoru Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib.

Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın dərinləçdirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm