İqtisadi gündəm
SON DƏQİQƏ: Qubaya qar yağır
Bu gün Quba rayonunda qar yağmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Xəyal TV-nin direktoru Eltan Qədimbəyli Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, yağıntı axşam saatlarından başlayıb. Amma sulu qar olduğundan hələ ki yerə oturmur.
Qeyd edək ki, bu gün axşam saatlarından ölkə üzrə hava kəskin şəkildə dəyşib. Əksər bölgələrdə güclü külək əsir, ara-bir yağış yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən proqnozda da Azərbaycanın rayonlarında oktyabrın 26-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunurdu.
Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO