Xoşqədəm Doğuşla evləndiyini təsdiqlədi
Bizi izləyin

İqtisadi gündəm

Xoşqədəm Doğuşla evləndiyini təsdiqlədi

ATV-nn "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Doğuşla evliliyinə aydınlıq gətirdi.

Publika.az xəbər verir ki, evləndiyini təsdiq edən aparıcı bunun bir müddət gizlin saxlanılmasının Doğuşun təşəbbüsü olduğunu dedi.

"Doğuş öz ölkəsində kifayət qədər tanınan adamdı. Mən də öz ölkəmdə. Doğuş dedi, mən istəmirəm media bunu bilsin", - X.Hidayətqızı əlavə etdi.

Yeni həyat yoldaşının dediyini təsdiq edən müğənni bunun müxtəlif şişirtmələrə səbəb olmaması üçün istədiyini dedi.

"Bir iş görürsən, on iş kimi qələmə verirlər", Doğuş vurğuladı.

Doğuş məhərrəmlikdən sonra həm Türkiyədə, həm də Azərbaycanda dostların iştirakı ilə kiçik bir toy məclisi təşkil edəcəklərini də bildirdi.

Xoşqədəm Hidayətqızı ailə qurması ilə bağlı işini və ölkəsini tərk edəcəyi ilə bağlı informasiyalara da aydınlıq gətirdi.

"Mən ölkmi tərk etməyəcəm. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm, incimə, Doğuş, Türkiyə olsa belə. Mən ailəmi və verilişimi sevirəm. Doğuşla birlikdə proqramı daha da gücləndirəcəyik", o qeyd etdi.

Doğuşun anası da bu evlilikdən şad olduğunu dedi. O qeyd etdi ki, gənclər bir-birini görüb, sevib evləniblər.

"Mən də Xoşqədəm xanımı verilişindən tanıyırdım. Verilişini izləyirəm. Onun ayrı düşmüş insanları bir-birinə qovuşdurması savab bir işdi. Mən də çox xoşbəxtəm ki, o da öz sevdiyinə qovuşdu", Doğuşun anası vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm