Girovlarımız məhkəmədə çıxış etdi
Bizi izləyin

İqtisadi gündəm

Girovlarımız məhkəmədə çıxış etdi

Qondarma Dağlıq Qarabağ Respublikasında ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin ilkin məhkəmə prosesi başlayıb.

Publika.az erməni saytlarına istinadən xəbər verir ki, 27 oktyabrda hakim Anatoli Tadevosyanın sədrliyi ilə keçən prosesdə azərbaycanlı girovların hüquqlarını vəkillər Erik Beqlaryan və Arkadiy İsraelyan qoruyub.

Məhkəmədə dövlət ittihamçısı kimi prokuror Karen Qabrielyan çıxış edib.

Erməni saytlarının verdiyi xəbərə görə, müttəhimlər qismən “günahlarını” etiraf ediblər.

Dilqəm Əhmədov bildirib ki, 2005-ci ildə Şahbaz Quliyevlə, 2007-ci ildə isə Raffi və Vaqif adlı şəxslərlə qondarma respublikanın sərhədlərini keçməsini boynuna almayıb. Lakin 2014-cü ildə mərhum Həsən Həsənov və Şahbazla birgə sərhədi keçdiyini etiraf edib.

Əsgərov sərhədi kəşfiyyat məqsədilə keçdiyini və yeniyetmə Smbat Çakanyanın öldürülməsində iştirakını da inkar edib.

Şahbaz Quliyev də verdiyi ifadələrdə sərhədi silahlı keçdiyini etiraf edib. Lakin qətiyyətlə bildirib ki, yeniyetmənin qətlində əli olmayıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm