Azərbaycan və AB viza ilə bağlı yeni komitə yaradır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və AB viza ilə bağlı yeni komitə yaradır

Azərbaycan ilə Avropa Birliyi arasında yeni birgə komitənin yaradılması prosesi gedir. Bu barədə Trend-ə eksklüziv açıqlamasında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, yeni yaradılacaq birgə komitə AB ilə Azərbaycan arasında sentyabrın 1-dən qüvvəyə minmiş viza rejiminin sadələşdirilməsi haqqında sazişin yerinə yetirilməsinə nəzarət edəcək: “Biz əmin olmaq istəyirik ki, viza rejiminin sadələşdirilməsi haqqında saziş hər iki tərəfə faydalar gətirəcək və hesab edirəm ki, bu, irəliyə doğru atılan böyük addımdır”.

AB ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunan M.Mard qeyd edib ki, AB ilə Azərbaycan arasında tvinninq proqramlarının sayı artırılır: “AB üzvü olan müxtəlif ölkələr Azərbaycan tərəfi ilə birgə turizm, pensiya sistemi, ətraf mühit məsələləri və digər sahələrdə əməkdaşlıq yollarını araşdırır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm