Krım uğrunda savaş: Rövşən Lənkəranski ilə Şakro üz-üzə gələcək
Bizi izləyin

İqtisadi gündəm

Krım uğrunda savaş: Rövşən Lənkəranski ilə Şakro üz-üzə gələcək

İspaniya həbsxanasından azad edilən qanuni oğru Zaxari Kalaşov oktyabrın 29-da Moskvaya gətirilib.

Kriminal aləmdə “Şakro Molodoy” ləqəbi ilə məşhur olan bu qanuni oğru avtoritetinə görə mərhum Ded Xasandan heç də geri qalmır. Onu “kriminal aləmin marşalı” adlandırırlar.

Şakronun qayıdışını çoxları həyəcanla izləyərək kriminal aləmdə yeni qarşıdurmaların yaranacağından ehtiyat edirlər.

Şakro təyyarənin trapından düşən kimi onu Rusiya Daxili İşlər Nazirliyinə aparıblar. Məlumata görə, nazirlikdə qanuni oğru ilə yüksəkçinli şəxslər söhbətləşib.

Halbuki bunu bir qədər gec də edə bilərdilər. Bəs tələskənliyin səbəbi nədir?

Söhbətdən sonra Şakro nazirlikdən çıxıb. Ömrünün son 7 ilini İspaniyanın Saraqosa həbsxanasında keçirən Kalaşovun başı tamam ağarıb. Hazırda onun yaşı artıq 70-i haqlayır. Ancaq iddialarından, əvvəlki həyatından əl çəkməyəcəyi indidən bəllidir. Hətta həbsxanada olanda belə azadlıqdakı adamları vasitəsilə bütün işlərə nəzarət edirdi.

Kalaşov ikili vətəndaşlığa malikdir – onun həm Rusiya, həm Gürcüstan pasportu var. Bəs nədən İspaniya hökuməti onu məhz Rusiyaya təhvil verdi?

Gürcüstana qayıtsa, Zaxari Kaloşovu 18 illik yeni həbs cəzası gözləyəcəkdi. Vətənində o, biznesmen Aleks Kreynin oğrlanmasında şübhəli bilinir.

Çox güman ki, ispan femidası rusiyalı əməliyyatçıların 2006-cı ildəki köməyini unutmayıb. Həmin vaxt Şakro İspaniyada törətdiyi cinayətə görə axtarılırdı. Məhz rusiyalı əməliyyatçıların verdiyi informasiyalardan sonra Şakro qaçıb gizləndiyi Birləşmiş Ərəb Əmirliklərində həbs olundu.

İndi isə ayırd edək görək, Şakro niyə Rusiya Daxili İşlər Nazirliyi üçün bu qədər maraqlı şəxsdir?

Məsələ ondadır ki, Kalaşov ənənəvi olaraq qumar biznesinə nəzarət edir. O, həbs olunduğu vaxtdan indiyədək vəziyyət xeyli dəyişib. Moskvada və digər iri şəhərlərdə leqal kazinolar ləğv olunub və bu müəssisələr əvvəlcədən müəyyən olunmuş regionlara keçirilib.

Rusiya Krımı işğal etdikdən sonra isə yarımadanın MDB zonasındakı “Las-Veqas”ına çevriləcəyi haqda söhbətlər gəzir. Belə bir plan var. Krımın iqtisadi cəhətdən yüksəlişi üçün bu vacibdir.

Şakro isə “kriminal aləmin marşalı” kimi bütün qeyri-leqal qumarxanaları Krıma yönəldə bilər. Yəqin ki, nazirlikdə söhbətləşərkən Şakro bu işə qol qoyub ki, onu rahat buraxıblar.

Ancaq bir məsələ qalır. Krımdakı qumar biznesinə Tariel Onianinin klanı, o cümlədən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranki də maraq göstərir.

Bir müddət əvvəl Lənkəranskinin Krıma səyahət etməsindən yazmışdıq. Həmin vaxt hətta azərbaycanlı avtoritetin klanına daxil olan gürcü qanuni oğrulardan birinə sui-qəsd də təşkil olunmuşdu.

Şakronun qayıdışı ilə Krım uğrunda qanuni oğruların savaşı alovlanacaq. Qələbəni hansı klanın qazanacağını isə söyləmək çətindir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm