Müdafiə Nazirliyinin rəhbərliyi Bakı qarnizonunun hərbi hissələrində olub - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Müdafiə Nazirliyinin rəhbərliyi Bakı qarnizonunun hərbi hissələrində olub - FOTO

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakı qarnizonunun hərbi hissələrində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi raket, tank və mexanikləşdirilmiş hərbi hissələrdə vəziyyətlə yerində tanış olub, onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, idarəetmə və qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi qulluqçuların gününün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.

Reaktiv artilleriya divizionundakı "Smerç" reaktiv yaylım atəş qurğularının döyüş hazırlığı vəziyyəti, onlara xidmət göstərən şəxsi heyətin ümumi hazırlığı və məşqlərdə iştirakı izlənilib.

Sonra mexanikləşdirilmiş hərbi hissədə hərbi texnikanın vəziyyəti yoxlanılıb, zirehli texnikaların heyət şəklində hazırlanması üçün komandir, sürücü, tuşlayıcı operatorların hazırlığı məqsədilə yaradılmış təlim-məşq trenajorları şəhərciyinə baxış keçirilib.

Zirehli texnikalar parkında hərbi döyüş texnikasına baxış keçirən nazir texnikalara qulluq göstərən hərbi qulluqçuların xidmətləri ilə maraqlanıb və xidmətin spesifik xüsusiyyətləri haqqında onlarla söhbət edib. Xidmətə yenicə başlayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi hissələrdə işlə və yüksək əməkhaqqı ilə təmin olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.

Bundan sonra Müdafiə Nazirliyinin rəhbərliyi Ali Baş Komandanın tapşırığına əsasən yeni salınan hərbi şəhərciyin perspektiv tikinti-quruculuq planı ilə tanış olub və işlərin gedişatını yoxlayıblar.

Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi, transformator yarımstansiyası və tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri görülən işlərlə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

İnşa edilən yeni tipli hərbi şəhərcikdə zəruri hərbi infrastrukturlarla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də tikilir.

Görülən işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm