Həsən Ruhaninin Bakı səfərində nələr müzakirə olunacaq?
Bizi izləyin

İqtisadi gündəm

Həsən Ruhaninin Bakı səfərində nələr müzakirə olunacaq?

İran mediası prezident Həsən Ruhaninin yaxın günlərdə Azərbaycan Respublikasına səfər edəcəyi haqqında məlumat yayıb.

Publika.az-ın məlumatına görə, Həsən Ruhaninin Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə İran-Azərbaycan münasibətlərinin beynəlxalq sahələrdə də genişlənməsi məsələsi müzakirə ediləcək. Ruhani iki ölkə beynəlxalq qurumlarda da müvafiq mövqe ilə çıxış etməsini istəyir.

Ərdəbil millət vəkili Kəmaləddin Pirmüəzzin bu səfərin bölgədə ticari fəaliyyətlərin genişlənməsi istiqamətində yararlı ola biləcəyini qeyd edib.

“Bu səfərdə Biləsuvar gömrük keçid məntəqəsinin fəaliyyətinin 24 saatlıq olması, eləcə də Aslanduz gömrük məntəqəsinin fəaliyyətə başlamasını təmin edərək, iki ölkə arasında siyasi və ticari mübadilələrin gücləndirilməsinə çalışılacaq,”-deyə Pirmüəzzin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm