İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib.

Publika.az-ın “president.az”a istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirilib, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edilib, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm