Sabah 17 dərəcə isti olacaq
Bizi izləyin

İqtisadi gündəm

Sabah 17 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s. çatacaq.

Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək.

Şərq küləyinin sürəti 3-8 m/s. çatacaq.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm