Qadın həbsxanasında Bayraq Günü -FOTO
Bizi izləyin

İqtisadi gündəm

Qadın həbsxanasında Bayraq Günü -FOTO

Dövlət Bayrağı Günü münasibəti ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbir dövlətimizin suverenlik rəmzi olan üç rəngli bayrağımızın səhnəyə odlar yurdunun əzəməti sayılan məşəllərin müşayiətində gətirilməsi ilə açılıb.

Tədbiri açan müəssisə rəisi, ədliyyə polkovnik-leytenantı Fariz Abdullayev ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. O, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Milli bayraq haqqında qərar qəbul etdiyini vurğulayaraq bildirib ki, prezident cənb İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığının və dəyər verdiyininin əyani sübutudur.

Tədbir iştirakçılarına dövlət rəmzi olan bayraq haqqında tarixi məlumatlar verilib, “Dövlət Bayrağı Meydanı”nın açılışına həsr olunmuş video çarx nümayiş ertdirilib. Məhkum qadınların ifasında milli rəqs nümunələrinin ifası, şeir kompozisiyaları alqışlarla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm