Bu günün havası
Bizi izləyin

İqtisadi gündəm

Bu günün havası

Noyabrın 10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində bu gün hava əsasən yağmursuz olsa da, gecə və səhər bəzi yerlərdə duman olacaq. Aran rayonlarında gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxta, 3 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm