ATƏT: Bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək olmaz
Bizi izləyin

İqtisadi gündəm

ATƏT: Bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək olmaz

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xətti yaxınlığında vurulmuş helikopterlə bağlı narahatlığını bildiriblər.

Publika.az-ın məlumatına görə, bununla bağlı həmsədrlər yaydıqları bəyanatda münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırırlar.

"Bu yay müşahidə olunan gərginliyin növbəti raunduna yol vermək olmaz. Bugünkü hadisələr Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli istiqamətində səylərin təcili fəallaşdırılması zərurətini xatırladır. Biz yenə də istənilən mümkün formada tərəflərə yardım göstərməyə hazırıq", - bəyanatda deyilir.

Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizi atəşə tutub. Açılan cavab atəşi nəticəsində düşmən helikopterindən birir məhv edilib, digəri isə atəş zonasından qaça bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm