Avropa İttifaqı tərəfləri təmkinli olmağa çağırıb
Bizi izləyin

İqtisadi gündəm

Avropa İttifaqı tərəfləri təmkinli olmağa çağırıb

Avropa İttifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mövqelərimizə hücum edən erməni helikopterinin vurulması ilə bağlı bəyanatla çıxış edib.

Publika.az xəbər verir ki, bəyantda tərəfləri təmkinli olmağa dəvət olunur. "İstənilən hərəkət və ya vəziyyətin gərginləşməsinə gətirib çıxara biləcək bəyanatlardan çəkinsinlər", - bəyanatda deyilir.

Beynəlxalq qurum insidentin araşdırılmasını təklif edib.

Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm