İqtisadi gündəm
Azay Quliyev Obama, Putin və Ollanda müraciət ünvanlayıb (FOTO)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev BMT-nin baş katibi Pan Gi Muna, ATƏT-in baş katibi Lamberto Zannierə, Avropa Şurası Parlament Assambleyasının prezidenti Herman van Rompuya, Avropa Komissiyasının prezidenti Martin Şultsa, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri Barak Obama, Vladimir Putin və Fransua Ollanda Ermənistanın hərbi hava qüvvələrinə məxsus döyüş helikopterinin Azərbaycanın hava məkanını pozaraq cəbhədəki ön mövqelərimizə hücum etməsi ilə bağlı müraciət ünvanlayıb.
Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktubda qeyd edilir ki, Azərbaycanın suveren ərazilərində 6 noyabr 2014-cü ildən 40 minlik ordu ilə təlim keçirən Ermənistan son bir neçə gün ərzində davamlı olaraq məqsədli şəkildə təxribatçı uçuşlar həyata keçirib: "Bu hərəkətlərin nəticəsi olaraq Azərbaycan Hərbi Hava Qüvvələri cavab atəşi açaraq özünümüdafiə hüququndan istifadə edib. Azərbaycan beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən, işğal olunmuş Daglıq Qarabağ üzərində həyata keçirilən razılaşdırılmamış bütün aviasiya uçuşlarını hava sərhədlərinin pozulması kimi qiymətləndirir".
Məktubda regionda sülhün və stabilliyin qorunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyri-şərtsiz çıxarılması və BMT-nin hər 4 qətnaməsinin tələblərinin icrasının vacibliyi vurğulanır.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!