Adgözəl Məmmədov: "Azərbaycan xəbərdarlığını edib"
Bizi izləyin

İqtisadi gündəm

Adgözəl Məmmədov: "Azərbaycan xəbərdarlığını edib"

Regionumuz partlamağa hazır barıt çəlləyinə bənzəyir. Qlobal savaşların, Rusiya ilə Qərb arasında qarşıdrumanın ciddi müstəvidə davam etməsi regionumuzda maraq balansını da dəyişib.Yeni münaqişə aktorları meydana çıxıb. İran prezidenti Bakıya gəldiyi gün məntiqi olaraq ərazi bütövlüyümüzü pozan düşmən helikopteri məhv edildi.

Uzun müddətdən bəri dinməyən və fəaliyyəti mövsümi xarakter daşyan təşkilatların səsi çıxmağa başladı. Bütün baş verənlərlə bağlı Publika.az-ın suallarını politoloq Adgözəl Məmmədov cavablandırdı:

- Adgözəl müəllim, Azərbaycanın hava məkanını pozan Ermənistana məxsus helikopterin vurulması ətrafımızda böyük bir səs-küy doğurdu. Bu cür reaksiyaları necə qiymətləndirirsiniz?

- Orda heç bir təsadüf axtarmaq olmaz. Proseslərə daha geniş həcmdə baxmaq lazımdır. 20 il ərzində snayperlər vasitəsilə qarşıdurmalar baş verirdi. Amma ilk dəfə idi ki, bu cür insident baş verib. Hətta belə bir ehtimal var ki, bu helikopterlər atəş açırmış və bu iddia indiyə kimi gündəmə gəlməyib. Sadəcə olaraq bu bir təxribat olub. Buna da əvvəlcədən Azərbaycan xəbərdarlığını edib. Amma helikiopter hərəkətə davam edib. Bu da düşünülmüş bir təxribat idi. Yəni, böyük bir ssenarinin tərkib hissəsi idi.

- Nə üçün belə düşünürsünüz, söhbət hansı ssenaridən gedir?

- Ukrayna böhranı dolayı yolla, Rusiya üçün Qərbə təzyiq instrumentləri yaradır. Rusiya faktiki olaraq, Ukraynaya müdaxilə edib. Dnsetryanında, Donetskdə bu baş verib. Amma fərq odur ki, bunu ordu yox, qrupların əli ilə edib. Rusiya Ukraynaya ordusunu rəsmi şəkildə yeritsə, bu Qərb və ABŞ-a ciddi zərbə olacaq. Başqa bir hədəf isə Xəzər regionunun enerji mərkəzləridir. Bu halda Rusiya bir neçə strategiya ilə oyanamağa başlayıb. Əgər Qərb Rusiyanın Ukraynadakı maraqlarına zərbə vursa, o zaman o da bununu əvəzini Xəzərdə çıxacaq. İkincisi isə, BTC ilə verilən neftin çox hissəsi İsrailə ixrac edilir. Eyni zamanda bununla da Rusiya İsrailə mesaj göndərə bilər. Onunla maraq uyğunluğu tapar, o zaman da birbaşa ABŞ-a təzyiq etmək şansı olacaq. Yəni lobbi vasitəsi ilə bunu edə bilər. Demək, bütün ssenarini Rusiya yazıb. Ermənistan isə onun vassalı kimi burda yer alıb. Bu provokasiya dolayısı olaraq, yuxarıdan gələn əmr idi və böyük ssenarinin bir hissəsi idi. Azərbaycan isə bu halda da eyforiyaya qapılmalı deyil. Regionda maraqlar dəyişdiyindən müəyyən manevr etmək imkanımız var və onu da saxlamalıyıq.

- Baş verənlərlər İran prezidentinn səfəri ilə üst-üstə düşməsi təsadüfdürmü?

- Bu proselərdə İran konteksti nədir? ABŞ Rusiyanın regionda təsir imkanlarını azaltmaq üçün özünün də daxil olduğu İsrail-İran gizli danışıqlarını aparır. Bu haqda Türkiyə mətbuatı yazır. İndi detallara baxaq: Orta Şərqdə ən güclü yəhudi lobbisi İrandadır. Bu istiqamətdə onlar da ciddi rol oynamağa başlayıb. Qayıdaq Azərbaycana, İran üçün Azərbaycan Qərbə çıxış imkanı, əksinə isə bizim Hind okeanına çıxış potensialımızdır. Artıq İran Avrionteqrasiya dəhlizinə qoşulmağa başlayıb. Bunu Kreml də bilir. İran bir az ehtiyatlı olmalıdır. Çünki, burda tarixi bir ibrət də var. 1921-ci il İran-Rusiya müqaviləsi və 1942-ci il Britaniya ilə bağlanan separat müqavilə var.Təsəvvür edin, müqavilələrin şərtinə görə, İran zidd siyasət yeritsə, bu ölkələrin İran ərazisinə müdaxilə etmək üçün hüquqi imkanları var. İran nə qədər ABŞ-la düşmən olsa da, ən kəskin anlarda İranda İngiltərə səfirliyi fəaliyyət göstərib. Rusiya da, İngiltərə də istənilən an İrana ordu yeridə bilər. Belə bir zonada yerləşən Azərbaycanın manevr etməkdən başqa şansı qalmır. Prezidentimiz də bunu bəyan etdi ki, çox təhlükəli regiondayıq. Bu nöqteyi-nəzərdən məsələyə qlobal baxmalıyıq və strategiyamızı saxlamalyıq.

- Bəs olaya görə Rusiyanın yüksək dairələrinin reaksiyasızlığı nədən xəbər verir?

- Rusiya artıq SSRİ-yə dönmək üçün ciddi oyunlara girib. Bunun biri də Çin–rus oyunudur. Bu ümumiyyətlə Qərb sivilizasiyasını hədəfə alıb və bu taktiki gedişdir. Rusiyada ərazi, Çində əhali amili var. Bir növ Rusiya Çini ümidli etməklə taktiki uğur qazanmağa çalışır. Bu halda Rusiyanın uduzması da mümkündür. Axı bu strategiya yox, taktiki gedişdir. Amma bu da Qərbi çox həyəcanlandırır və Rusiya da bundan da maraqlı şəkildə yararlanır. Müəyyən vaxtdan sonra Qərb Ukraynadan geri çəkiləcək və hətta sanksiyaları da ləğv edəcək. Rusiya regiona qlobal prizmadan baxır. Azərbaycan türk dünyasının tərkib hissəsidir. Türk coğrafiyası isə Rusiyanın maraq dairəsinin əsasıdır. Bu kontekstdə Rusiya heç zaman türk bölümü ilə vəziyyəti gərginləşdirəcək deyil. Onun geopolitik maraqlarında əməkdaşlıq əsas yer tutur. Həm Çinə qarşı, həm də Avropaya qarşı. Nəticədə Rusiya Çinə taktiki, türklərə strateji maraqla yanaşır.

- Helikopterin vurulması bizim üçün hansı fəsad yarada bilərmi?

- Prezident İlham Əliyev bütün proseslərin mahiyyətinə varan insandır. Onun siyasəti də hədəfə yönəlikdir. Buna görə də heç bir narahatçlıq yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm