İqtisadi gündəm
17 Noyabr - Milli Dirçəliş Günü
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü dür. Bu Gün 17 noyabr, 1992-ci ildə elan olunub.
Publika.az xəbər verir ki, 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya ştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.
Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE