Xətai rayonunun qaz tənzimləyicisi oğurlanıb
Bizi izləyin

İqtisadi gündəm

Xətai rayonunun qaz tənzimləyicisi oğurlanıb

Xətai rayonu Qaz İdarəsi hələ də qış rejiminə keçə bilmir. Publika.az xəbər verir ki, buna səbəb rayonun qaz tənzimləyici cihazının oğurlanmasıdır. Xətai Rayon Qaz İdarəsindən faktı təsdiqləyiblər.

Bildirilib ki, “Azəriqaz” İB qarşısında cihazın alınmasıyala bağlı tələb qoyulub. Yalnız bundan sonra rayon ərazisində qazın verilişi artırıla bilər.

Məlumatla bağlı “Azəriqaz” İB-in mətbuat xidməti ilə əlaqə saxlasaq da, qurumdan məlumatı təsdiq etmədilər.

Qeyd edək ki, sakinlərin bildirdiyinə görə, hazırda rayonun qaz təchizatında ciddi problemlər var. Qazın təzyiqi və həcmi aşağıdır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm