İqtisadi gündəm
Prezident İlham Əliyev: "Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir"
Azərbaycan Prezidenti İlham Əliyev Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına müraciət edib.
Müraciətdə qeyd olunur: "Hörmətli Forum iştirakçıları! Əziz uşaqlar! Sizi – Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarını və sizin simanızda bütün Azərbaycan uşaqlarını salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və səadət arzulayıram".
Dövlət başçısı bildirib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir: "Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlmişdir".
İlham Əliyev deyib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir: "Artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. İndi başlıca məqsəd uşaqların zəngin mədəni sərvətlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasıdır".
Prezident vurğulayıb ki, ölkəmizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanına çevrilmiş qaçqın və məcburi köçkün uşaqları daim diqqət mərkəzindədir: "Dövlətimiz bütün imkanlarını səfərbər edərək onların problemlərinin həllinə nail olmaq üçün respublikamızın ərazi bütövlüyünün bərpası istiqamətində tarazlaşdırılmış siyasət həyata keçirir. Azərbaycanın davamlı inkişafı uşaqlarımızın xoşbəxt və firavan həyatının təmin olunması baxımından cəmiyyətimiz qarşısında mühüm vəzifələr irəli sürür. Məhz övladlarımızın sabahı naminə bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə hər bir vətəndaşımız qüvvə və bacarığını səfərbər etməlidir.
Ümidvaram ki, Forumunuz çərçivəsində uşaq problemlərinə dair aparacağınız fikir mübadiləsi, səmərəli müzakirələr və qəbul edəcəyiniz qərarlar gələcək fəaliyyətinizdə sizə dəstək olacaqdır".
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO