
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Dövlət Bayrağı Meydanı ilə tanış olub.
Publika.az-ın məlumatına görə, qonaqlara meydan və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.
Sonra nümayəndə heyətinin üzləri Dövlət Bayrağı Muzeyi ilə tanış olublar. Onlar muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumatlandırılıblar.