• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Tikinti materiallari ucuzlaşıb - MONİTORİNQ

Tikinti materiallari ucuzlaşıb - MONİTORİNQ

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi Bakı şəhərinin müxtəlif rayonlarında inşaat materialları bazarının araşdırmasını aparıb.

Birlikdən Publika.Az-a verilən məlumata görə, may ayında tikinti materialları bazarında aktivlik və satış həcmi mövsümi amillərlə əlaqədar artsa da, orta bazar qiymətlərində azalma baş verib.

May ayında əsasən şüşə, qırmızı kərpic və dəmir boruların qiyməti artıb. Qırmızı kərpicin satış qiyməti ötən ay 17 qəpik təşkil edirdisə, hazırda 10,5 faiz artaraq 19 qəpikdir. Digər materilların qiyməti ucuzlaşıb. Bu da əsasən yerli istehsal üzrə qeyri-filiz mədən məhsullarında və idxal edilən taxta, dikt və dəmir təbəqə materillarına aiddir.

Digər materiallar üzrə satış tempi ötən ayda olduğu kimi davam edib.

Birliyin ekspertləri hesab edirlər ki, bəzi məhsullar üzrə qiymətlərin azalması daha çox ötən ay baş vermiş qiymət "köpüyü"nün yenidən öz əvvəlki vəziyyətinə qayıtması ilə bağlıdır.

Beləliklə, may ayında qiymət artımı müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakı şəkildə olub (faizlə):

Mişar daşı -3,3

Qum -12,5

Çınqıl - 5,6

Armatur - 0,4

Taxta - 4,3

Dəmir təbəqə -1,1

DVP - 2,7

Sink təbəqə -1,5

Ucuzlaşan tikinti materialları isə aşağıdakı cədvələ uyğun olub:

Dəmir boru +1,2

Şüşə +12,0

Kərpic +1,9

Digər tikinti məhsullarının qiymətlərində cüzi dəyişmələr baş verib.

Bu ilin may ayında bazarda müşahidə edilən orta qiymət aprel ayı ilə müqayisə 1,05 faiz azalma ilə yadda qalıb. İlin əvvəli ilə müqayisədə bu qiymət fərqi 1 faiz, ötən ilin müvafiq dövrünə nisbətdə isə 0,8 faiz azalma təşkil edib.

Аrаşdırılаn məhsullаr üzrə ölkədə istеhsаl оlunаn mаllаrın ümumi qiymət portfelində bazar pаyı 53,1 faiz təşkil еdib ki, bu göstərici idxal məhsullarını 1,13 faiz üstələyir.

Leyla

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR