ATƏT nümayəndəsi erməni helikopterinin düşdüyü əraziyə gedib
Bizi izləyin

İqtisadi gündəm

ATƏT nümayəndəsi erməni helikopterinin düşdüyü əraziyə gedib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan hərbi helikopterinin düşdüyü əraziyə gedib.

Bu barədə ATƏT-in mətbuat xidməti xəbər yayıb. Mətbuat xidmətinin əməkdaşı Mersixa Kauzeviç-Podziç bildirib ki, səfər zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri noyabrın 12-də qoşunların təmas xəttini keçib mövqelərimizi atəşə tutmağa cəhd edən Ermənistan ordusuna məxsus Mİ-24 helikopterini vurub. Düşmən helikopteri qoşunların təmas xəttində neytral əraziyə düşüb. Hadisə nəticəsində 3 pilot ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm