İqtisadi gündəm
Türkiyə polisi İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı ailəni saxladı
"İslam Dövləti” qruplaşmasına qoşulmaq üçün Suriyaya
keçməyə cəhd etdikləri iddia olunan 4 Azərbaycan vətəndaşı
Türkiyənin Kilis bölgəsində saxlanılıb.
Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, Kilis polisi ümumilikdə 22 nəfərdən ibarət olan qrupun rayonun Suriya ilə sərhəd olan Aşağı Bəylərbəyi kəndindən sərhədi keçməyə cəhd göstərməsi barədə məlumat alıb. Saxlanılanların pasportları yoxlanılarkən, onlardan 4-nün azərbaycanlı bir ailənin üzvləri olduqları ortaya çıxıb.
Saxlanılanlar deportasiya edilmək üçün rayon polis idarəsinin xaricilərlə iş şöbəsinə təhvil veriliblər. Hazırda onların Azərbaycana göndərilmələri istiqamətində iş aparılır.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov da saxlanılanların azərbaycanlı bir ailənin üzvləri olduğunu BBC-nin Azərbaycan xidmətinə təsdiqləyib.
H. Zeynalov deyib ki, Türkiyə polisi konsulluğu bu barədə məlumatlandırıb, lakin saxlanılanların sənədlərilə bağlı problem olmadığı üçün bu işlə konsulluq məşğul olmur.
Baş konsul deyib ki, saxlanılan şəxslərlə bağlı gələcək tədbirlər Azərbaycandakı araşdırmalardan sonra bəlli olacaq.
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı