İqtisadi gündəm
Batumidə növbəti qalmaqal: Rauf Arifoğlu Forumdan imtina etdi
Hazırda Gürcüstanda olan və Vətəndaş Cəmiyyəti Forumunda iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu forumun işini işıqlandırmaqdan imtina edib.
Axar.az xəbər verir ki, baş redaktor bu barədə sosial şəbəkədə yazdığı statusda bildirib. R.Arifoğlunun sözlərinə görə, ermənilər ondan şikayət veriblər:
“Məlum olduğu kimi, Batumidə Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumu keçirilir. 6 ölkənin vətəndaş cəmiyyəti təmsilçilərinin qatıldığı bu foruma müşahidəçi qismində mən də dəvət olunmuşam. İlk gün skandalla başladı və mən də bütün bu skandal prosesini foto -video görüntülərlə qəzetimiz üçün hazırladım. Lakin reaksiyalar məni heyrətə gətirir. Erməni nümayəndə heyəti, konkret olaraq Boris Novosardiyan məndən Avropa Birliyinə şikayət edib. Çünki yazaraq, iddia etmişəm ki, skandala səbəb olan Azərbaycan əleyhinə anti -təbliğat stendini ermənilər sifariş edib və prosesə Boris drijorluq edir... Foto da əlavə olunub iddia mətninə. Kadrda Borisi "iş başında" yaxalamışam. Təşkilatçılar hazırda bu şikayəti qızğınca müzakirə edirlər... Borisə Bakıdan da ciddi dəstək var. Nə yazıramsa, Qrantın uşaqları anındaca ingiliscəyə tərcümə edib, onlara çatdırır. Onlar da əlində planşet, tez qaçırlar Forum təşkilatçılarının üstünə... Söz azadlığının anasını ağladır Avropa demokratları - ermənilərə qoşularaq, Batumda. İyrənc bir mənzərə yaranıb. Hətta bizim heyəti sanksiya ilə hədələyirlər, - səbəb də Musavat.com-da gedən yazılardır... Oranı tərk etdim və bundan belə Forumun işində iştirakdan da, onu işıqlandırmaqdan da imtina edirəm. Gedim, Batumi gözəlliklərini görüntüləyim, şəhərdən reportaj hazırlayım.
Təbii, ona da ermənilər mane olmasalar...”
Məlumat üçün qeyd edək ki, bu statusdan öncə Rauf Arifoğlu “Qrantın uşaqlarına” ünvanladığı statusunda beynəlxalq təşkilatlardan qrant alan azərbaycanlıların ermənilərə dəstək verdiyini açıqlamışdı:
"Ermənipərəst" ifadəsindən narahat olan Qrantın uşaqlarına...
Batumidən yazdığım reportajlar təqdir qazandığı kimi, türklər demiş, bir az təpki də qazanıb. Hər kəs öz mədəni səviyyəsinə, tərbiyəsinə görə reaksiya bildirib. Demək olar ki, hamısı xarici donorlardan alınan qrantlarla dolanan bu zümrəni daha çox narahat edənsə Çexiyanın “People in Need” təşkilatı haqda "ermənipərəst" yazılması olub. Onlara bir cavabım var. KİV-lər də istifadə edə bilərlər.
Yazıdakı bütün məlumat və rəylər əsaslıdır, özümdən heç nə artırmamışam. İstifadə olunan, ümumiləşdirilən məlumatlar Forumun İdarə Heyətinin üzvlərindən alınıb. Bütün tərəflərin mövqeləri var. Foruma qatılanlar onu boykot edənləri qınayıb, mövqe bildirib. Onu da dərc etmişik. Qeyd edilən çex təşkilatı isə Dağlıq Qarabağ heyətini - yəni erməniləri müstəqil dövlətin heyəti kimi Foruma üzv etmək təşəbbüsü göstərib. Həm də israrla. Bunu da, ermənipərəst ifadəsini də qəzetimizə Forumun İdarə heyətinin üzvləri deyiblər. Təşkilat təmsilçisi belə bir təşəbbüs etdiklərini mənim yanımda təsdiqlədi. Sadəcə, məlumatı verən azərbaycanlı həmkarlarını qınadı ki, niyə idarəyə heyətinin qapalı müzakirələri barədə məlumat yayırsınız... Artıq bu da mənim problemim deyil. Özləri bilsinlər".
Xatırladaq ki, Batumidəki bu forum ilk gündən skandalla başlamışdı. Farum keçirilən mərkəzin foyesində Azərbaycan əleyhinə qurulan stend Azərbaycan nümayəndə heyətinin etirazına səbəb olmuşdu (Ətraflı Burada).
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı