İqtisadi gündəm
Ramil Usubov Gürcüstanın dövlət nazirini qəbul edib
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 21-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb. R.Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə, müəyyənləşdirdiyi strategiyaya uyğun uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlər nəticəsində daha da dərinləşdiyini bildirib. O, qeyd edib ki, ölkəmizdə müxtəlif dinlərə və dillərə məxsus xalqlar əsrlər boyu tolerant bir mühitdə, dostluq və mehribanlıq şəraitində yaşayır, bu gün respublika daxili işlər orqanlarının sıralarında həmin millətlərin nümayəndələri də layiqiqncə xidmət edirlər.
Daha sonra nazir R.Usubov ölkədəki kriminogen durum, sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib. O, dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edən əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən G.Dumbadze 2001-2005-ci illərdə ölkəsinin respublikamızdakı səfirliyində müşavir kimi fəaliyyət göstərməsini xatırladaraq, ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın, o cümlədən paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və dinamik templə inkişaf etdiyini məmnunluqla qeyd edib.
Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...