Ermənilər Batumidə məğlub oldu - VİDEO, FOTO
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər Batumidə məğlub oldu - VİDEO, FOTO

Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumundan xoş xəbərlər gəlib.

Publika.az musavat.com-a istinadən xəbər verir ki, nümayəndə heyətindən verilən xəbərə görə, Azərbaycan təmsilçiləri ciddi uğura nail olublar, Forumda ermənilərin heç bir iddası keçməyib. Ermənilər istəyirmişlər ki, Ağdamda vurulan hərbi helikopter olayı ilə bağlı forumda bəyanat qəbul edilsin, ancaq buna nail ola bilməyiblər. Bundan başqa, onlar Azərbaycana qarşı ümumi bəyanat qəbul etdirmək, o cümlədən də foyedə stendə Azərbaycana qarşı plakatların asılması zamanı baş verən skandalla bağlı ölkəmizin cəzalandırılmasına nail olmaq istəyiblər, heç biri alınmayıb.

Daha bir xəbərdə bildirilir ki, Azərbaycanı təmsil edən Sabit Bağırov da milli koordinator kimi tanınıb, bununla seçkilərin nəticəsi blokdan çıxıb.

Bu proses zamanı Azərbaycanın nümayəndə heyətini Gürcüstan, Moldova və Ukrayna heyəti dəstəkləyib. Onların prinsipial mövqeyi sayəsində ermənilərin heç bir bəyanatı səsvermədən keçməyib.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun verdiyi xəbərə görə, Azərbaycanın nümayəndə heyətinin üzvləri bu münasibətlə təvazökar bir ziiyafət təşkil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm