Yusuf Halaçoğlu: “Sərhədlər möhürlü şəkildə qalmalıdır”
Bizi izləyin

İqtisadi gündəm

Yusuf Halaçoğlu: “Sərhədlər möhürlü şəkildə qalmalıdır”

“Türkiyədə heç bir “möhürlü qapı” yoxdur. Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəltdikləri “soyqırımı" iddialarını puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Boston arxivi və daşnakların digər ölkələrdəki arxivləridir”.

Bunu APA-ya açıqlamasında Hrant Dink Vəqfinin təşkilatçılığı ilə bu gün Ankara Universitetində başlayan və 2 gün davam edəcək “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda keçirilən beynəlxalq konfransa münasibət bildirən Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədri, tarixçi professor Yusuf Halaçoğlu söyləyib.

Y. Halaçoğlu deyib ki, Türkiyənin “möhürlü qapı” problemi yoxdur, ilk növbədə ermənilər möhürlü qapıları açmalıdırlar.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədini 1993-cü il aprelin 8-də bağlayıb. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin həmin vaxt Kəlbəcər rayonunu işğal etməsi olub. Y.Halaşoğlu bildirib ki, Rusiyanın dəstəyini alan Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı “soyqırımı”, torpaq iddiaları olduğunu xatırladan tarixçi, deyib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır: “Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı sanksiya tətbiq etməli idi və bu sanksiya da tətbiq edilib. Burada heç bir möhürlü qapıdan da söhbət gedə bilməz. Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz. Möhürlü qapılar, yəni sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun da günahkarı Ermənistandır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm