• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanda yol polisinə silah lazımdı?

Azərbaycanda yol polisinə silah lazımdı?

“Azərbaycanda yol polisinə silah verməyə ehtiyat edirlər”.

Bunu Axar.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert yol polisinin silah istifadə edə biləcək qədər hazırlıq səviyyəsinin yüksək olmadığını bildirib:

“Əldə etdiyim məlumata görə, Azərbaycanda yol polisinə silah verməyə ehtiyat edirlər. Çünki yol polisinin tabeliyində olan silahdan düzgün istifadə edə bilməyəcəyindən qorxurlar. Yaxud da polis əməkdaşının onu itirməsindən və kiminsə qanunsuz istifadəsinə keçməsindən ehtiyatlanırlar. Bu, nəzəri cəhətdən mümkündür. İki gün qabaq polisi bıçaqlayanlar həmin polisin silahını qaçıra da bilərdilər və silah cinayətkarların əlinə keçə bilərdi. İstənilən halda yol polisi əməkdaşının hazırlığı yüksək səviyyədə olmalıdır. Bu, həm peşəkarlıq, həm fiziki, həm də çeviklik səviyyəsində özünü göstərməlidir. Qanunvericilik bütün polislər üçün nəzərdə tutulub və hətta yol polisinin də silah daşımasına imkan verir”.

Qeyd edək ki, son bir neçə gündə ölkədə yol polislərinə qarşı zorakılıq halları artıb və bu da yol polislərinin özlərini müdafiə üçün xüsusi vasitələrlə təmin edilməsi məsələsini gündəmə gətirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR