Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi
Bizi izləyin

İqtisadi gündəm

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Camal Paksadze vəzifəsini tərk edib.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, Camal Pakradze bu qərarı səhhəti ilə əlaqədar olaraq özünün qəbul etdiyini bildirib.

“Mənim vəzifədən kənarlaşdırıldığım barədə informasiya yanlışdır. Səhhətimin pisləşməsinə səbəbindən müfti vəzifəsini tərk etmək barədə qərar verdim. Mən son zamanlar müalicə məqsədi ilə tez-tez xəstəxanaya gedirdim. Gürcüstan Müsəlmanları İdarəsinin Məsləhət Şurasına vəzifədən azad olunması ilə bağlı müraciət etdim. Müfti Beqlara Kamaşidzeyə bu vəzifəsinə xeyir-dua verirəm”, - Paksadze deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm