Tanınmış kino adamları Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Tanınmış kino adamları Şəhidlər Xiyabanını ziyarət etdi - FOTO

Bu gün rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filminin yaradıcı heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

Publika.az-ın mlumatına görə, məşhur amerikalı kinoulduz Leyn Devis və Türkiyənin tanınmış akltrisası Nəbahət Çehrə də ziyarətçilər arasında olub. Azərbaycanla yanaşı İran, Rusiya, Türkiyə və ABŞ-dan olan aktyor heyəti 20 yanvar şəhidləri, qurbanları və eləcə də Milli Qəhrəman Çingiz Mustafayevin məzarını ziyarət ediblər. Çəkiliş kollektivi şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüb.

Rejissor Vahid Mustafayev tanınmış aktyorlara 20 yanvar hadisəsi haqqında məlumatlar verib. 20 yanvar hadisələrində şəhid olan və eləcə də düşmən gülləsinin qurbanı olan insanlar haqqında danışan rejissor, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib.

Məşhur aktyor Leyn Devis bildirib ki, 20 yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. O, bunun böyük bir inqilabi hərəkat olduğunu bildirib. Daha sonra aktyor bu inqlabi hərəkatı əks etdirən filmdə çəkilmək üçün aldığı dəvətdən çox məmnun olduğunu deyib.

Filmdə rol alan tanınmış aktrisa Nəbahət Çehrə də filmdə çəkildiyini görə çox məmnun olduğunu bildirib.

“Bu təklifi alanda qürur hissi keçirdim. Türkiyə və Azərbaycan qardaş ölkədir. Ağrı-acılarımız da birdir. Bu səbəbdən filmdə yaşananları qəlbən hiss edirəm. Filmdə iki övladını itirən ana rolunu canlandırıram. Çalışacam ki, bu itkini rolumla ifadə edim. Təbii ki, çəkilişlərdə bir çox çətinliklər var. Əsas da filmin dublyajında müəyyən çətinliklər olur. Çalışacağam ki, üz ifadələrimdəki duyğunu dublyajın səsilə uyğunlaşdıra bilim. İnanıram ki, bu film beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüləcək”, - deyə Nəbahət Çehrə bildirib.

Qeyd edək ki, “Qanlı yanvar” filminin çəkilişlərində Faiq Mirzəyev, Azər Aydəmir, Rövşən Məmmədli, Tamilla Həmidova və digər tanınmış aktyorlar da rol alıb. Filmin operatoru Afşin Əlizadədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm