İqtisadi gündəm
NATO qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən maddə
NATO Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında qəbul olunan "NATO tərəfdaşlarına təminat və dəstək" adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddə əlavə edilib.
Bu barədə Trend-ə Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Assambleyada iştirak edən ermənilər
cidd-cəhdlə Azərbaycan nümayəndə heyəti tərəfindən təklif edilən bu
maddənin qətnaməyə əlavə edilməsinin qarşısını almağa çalışdılar:
"Ermənilərin bu səylərinə baxmayaraq, Azərbaycan nümayəndə
heyətinin ortaya qoyduğu tutarlı arqumentlər nəticəsində
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən maddə qətnaməyə əlavə
edildi".
Millət vəkili onu da qeyd edib ki, ermənilər həmin qətnaməyə
"azlıqların öz müqəddəratını həll etməsi" ilə bağlı maddənin əlavə
edilməsinə cəhd etdilər: "Lakin Azərbaycan nümayəndə heyəti bu
cəhdin qarşısını almağa nail oldu. Biz ermənilərin artıq bir dəfə
öz müqəddəratını həll etdiklərini Assambleya iştirakçılarının
diqqətinə çatdırdıq. Assambleyada iştirak edən digər ölkələrin
nümayəndələri də bizi dəstəklədi və ermənilərin irəli sürdüyü bu
təklif müzakirəyə qoyulmadan rədd edildi".
O əlavə edib ki, NATO-nun yeni baş katibi Yens Stoltenberq də sessiya zamanı Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulyıb: "Yens Stoltenberq qeyd etdi ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa vasitəçi olmasa da, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərinə yaxından dəstək göstərməyə hazırdır".
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları