• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlı vəhhabilər “Əxilər” qrupu yaratdılar – Foto

Azərbaycanlı vəhhabilər “Əxilər” qrupu yaratdılar – Foto

Azərbaycanda vəhhabilərin virtual aktivliyinə daha biri əlavə olunub.

Axar.az xəbər verir ki, Facebook sosial şəbəkəsində “Əxilər” adlı səhifə yaradılıb. Bu səhifədə sələfi, xəvaric, təkfirçi qrupların üzvləri aktivlik nümayiş etdirirlər. Eyni zamanda, Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun video çıxışları yayımlanır. Bu qrupun hazırda 1196 üzvü var. “Əxi” ifadəsi vəhhabilərdə “qardaş” xitabıdır.

Onlar bir-birinə “əxi” deyə müraciət edirlər. Artıq sosial şəbəkələrdə fəallaşan vəhhabilər görünür, yeni kurs götürüblər. Buna qədər cəmiyyətdən qaçan, təmas qurmağa meylli olmayan, özünü təcrid edən bu təriqət üzvləri inteqrasiya xəttini seçiblər. Sosial şəbəkələrdə onların fəallığından isə aydın etmək olur ki, sayca düşündüyümüzdən daha çoxdurlar.

(https://www.facebook.com/groups/102250443256986)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR