• USD 1,8559 +1,34% EUR 1,9957 +1,49%
    • GBP 2,3210 +2,08% RUB 0,0312 +1,60%

Tanınmış aparıcı monitorinqin nəticələrinə etiraz etdi - VİDEO

Tanınmış aparıcı monitorinqin nəticələrinə etiraz etdi - VİDEO

Bu günlərdə MTRŞ-nın təşəbbüsü ilə AMEA-nın Dilçilik institutunun teleaparıcıların nitq qüsurları ilə bağlı yayılan monitorinqində mənim də adım çəkilib. Əslində bu məsələnin üstündən keçməyə çalışsam da , yanlışın tirajlanması məni aydınlıq gətirməyə , bu monitorinqin özünün necə qüsurlu aparıldığını deməyə məcbur edir.

Publika.az xəbər verir ki, bunu tanınmış aparıcı Zəminə Əliyeva öz Facebook hesabında yazıb.

Aparıcı onun tələffüzündə irad tutulan ifadəni əslində işlətmədiyini yazır:

Diqqət edin! Mənim səhvlərim kimi 2 sözdən bəhs edilir .

Üstəlik diggətin [dik´qətin] feyziyabı kimi bu şou təkrarlanmalıdır.

– Gəbirlərinizi [qəbirlərinizi] dağıdıb baş daşlarınızı satmıram.

Yəni hörmətli dilşünasımıza görə mən diqqət sözünü "diggət" kimi, üstəlik qəbirləri də "gəbirlər" kimi demişəm. Əslində isə diqqət yox riqqət sözünü işlətmişəm. Deməli demədiyim sözə görə tənqid edilirəm. Qəbirlər sözü də iddia edildiyi kim gəbirlər kimi tələffüz edilməyib. İndi mən sözlərin işləndiyi sujeti burada yayımlayaraq, mənim adımın önünə qüsurlu epitet yapışdıranlardan , başabəla dilçilərdən soruşmaq istəyirəm. -Hörmətli xanımlar yaxud da cənablar , normal ölkədə belə səhv tədqiqata və bunun tirajlanmasına görə sizin kimi alimləri məhkəməyə çəkərlər yoxsa özü və ya özləri qeyri-peşəkar iş ərsəyəyə gətirmələrinə rəğmən gecə yuxusunun saatlarını belə efirdə deyəcəyi sözlərin, fikirlərin cümələlərə köçürülməsinə, hazırlaşmasına sərf edən , gününü səhərdən axşama qədər peşəkarlığa xidmət edən birisini yanlışlıqla qaralayanlara əhsənmi deyərlər? Bu barədə məncə fikirləşməyə dəyər. MTRŞ artıq başa düşməlidir ki, çörəyi çörəkçiyə vermək lazımdır daha sözləri, hərfləri belə ayrıd edə bilməyənlərə ciddi iş tapşırmaq olmaz. Əks halda özləri belə yaxşı eşidə bilmədikləri hərflərlə hərifləməyə başlayacaqlar. Amma mən başqalarını deyə bilmərəm hərif yox jurnalistəm. Böhtanınızın ünvanını səhv salmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR