Azərbaycan Prezidenti iki ölkənin rəhbərini təbrik edib
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Prezidenti iki ölkənin rəhbərini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya respublikasinin prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı –Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

****

Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm