Yenə qar və sulu qar
Bizi izləyin

İqtisadi gündəm

Yenə qar və sulu qar

Noyabrın 29-da Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 29-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam havanın çiskinli, az yağıntılı olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 29-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq və şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm