• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramil Usubov polisə tapşırıq verdi

Ramil Usubov polisə tapşırıq verdi

Dekabrın 2-də Daxili İşlər Nazirliyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Publika.az xəbər verir ki, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının etibarlı təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, göstərilən istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsinin, qanunvericilik aktlarının, o cümlədən Dövlət Proqramlarının tələblərinə uyğun qurulmasının, əməliyyat-xidməti fəaliyyətdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqinin qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Qeyd olunub ki, cari ilin ötən dövründə daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş olub, əldə edilmiş müsbət təmayüllər cari ilin on bir ayında da qorunub-saxlanılıb. Polisin əsas vəzifələrindən biri olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması və təqsirləndirilən şəxslərin axtarışının təşkili üzrə də davamlı iş aparılır, bu sahədə görülən işlər Kollegiya iclaslarında və əməliyyat müşavirələrində geniş müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə lazımi göstərişlər verilir, əməli köməklik göstərilir. Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdırıb.

Nazir bəzi ərazi orqanlarında mövcud nöqsanların aradan qaldırılmasını, ilin sonunadək bu istiqamətlərdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, narkotik vasitələrin qeyri-qanuni yollarla respublikamıza gətirilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ərazi polis orqanları, aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərəri, doğurduğu fəsadlar barədə ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, "ağ ölüm"ə qarşı səmərəli mübarizə yalnız kompleks şəkildə həyata keçirilən belə əməkdaşlıq sayəsində aparıla bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR