Ermənistanda rus snayperləri hazırlanır
Bizi izləyin

İqtisadi gündəm

Ermənistanda rus snayperləri hazırlanır

Ermənistandakı Rusiya hərbi bazasının Kamxud yüksək dağ təlim-tədris kompleksində snayperlərin atıcılıq bölməsinin tək-tək hazırlıq üzrə məşğələlərinə başlanıb. Trend xəbər verir ki, bu barədə “Mediamaks” Rusiya bazasının mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, 100-dən artıq hərbi qulluqçu xüsusi-taktiki və atəş hazırlığı üzrə xüsusi kurs keçəcək.

Keçirilən səhra məşğələlərinin xüsusiyyəti dağlıq-meşəlik ərazilərdə təlim vərdişlərinin təkmilləşdirilməsidir.

Praktiki məşğələlərin gedişində hərbçilərə müxtəlif vəziyyətlərdə seçim, avadanlığın və atəş mövqelərinin maskalanmasını öyrədəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm