Girovlarla bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub
Bizi izləyin

İqtisadi gündəm

Girovlarla bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub

Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin baş katibinə, Avropa Şurasının və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, insan hüquqları təşkilatlarına rəsmi müraciət göndərmişik.

Bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 5-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsində deyib.

Əli Həsənov artıq bəzi beynəlxalq təşkilatlardan müraciətə cavab gəldiyini bildirib. Baş nazirin müavini daha sonra deyib: “Həmin cavablar hələ ki, ictimaiyyətə açıqlanmır. Gözləyirik ki, bütün müraciətlərimizin hamısına cavab daxil olsun. Həmin cavabların arasında beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər, bəzilərində isə məsələyə müsbət yanaşmalar da var. Bəzi təşkilatlar ermənilərin bu əməllərini pisləyir və qanunsuz hesab edirlər. Onların bu hərəkətini beynəlxalq hüquq normalarına zidd əməl kimi qiymətləndirənlər də az deyil. Həmin təşkilatlar bu işlə məşğul olduqlarını bildirirlər”.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə bu məsələni qaldırıb. Hazırda azərbaycanlı girovların geri qaytarılması üçün lazımi işlər görülür. Bu məsələ ölkə rəhbərinin gündəlik nəzarətindədir. Prezident İlham Əliyevin tapşırığı ilə mən girov düşənlərin ailə üzvləri ilə görüşmüşəm. Dövlətimizin başçısının tapşırığı ilə biz hər üç ailəni mənzillə təmin edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm