Hava küləkli olacaq
Bizi izləyin

İqtisadi gündəm

Hava küləkli olacaq

Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutlacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 9-14 m/s, səhər və səhər arabir 23-25 m/s olacaq, axşama doğru 9-14 m/s-dək mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyinin 5-10 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 5-10° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var. Temperatur gecə 0-5° isti, gündüz 6-11° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.

Cənub küləyinin 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.

Temperatur gecə 3-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm