• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-ın Sülh Korpusu Azərbaycanı tərk edir

ABŞ-ın Sülh Korpusu Azərbaycanı tərk edir

ABŞ-ın “Peace Corps” (Sülh Korpusu) təşkilatı Azərbaycandaki fəaliyyətini dayandırır.

Bunu Report.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

Onun sözlərinə görə, Azərbaycan höküməti, respublikada 11 ildir fəaliyyət göstərən “Peace Corps” humanitar təşkilatının bundan sonraki fəaliyyətinə ehtiyac görmədiyini bildirib.

"Biz təbii olaraq təəssüflənirik, ancaq “Peace Corps” təşkilatına 11 il boyunca qapılarını açan Azərbaycan hökümətinə və xalqına minnətdarıq", deyən D.Hoqan, ABŞ ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.

Amerikalı diplomat, humanitar əməkdaşlıq mövzusunu son olaraq ötən həftə Baş nazirinin müavini Əli Həsənovla müzakirə etdiyini misal olaraq xatırladıb, qaçqınlara və məcburi köçkünlərə istiqamətlənən yardımların davam edəcəyini ifadə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR