Tanınmış jurnalistin 60 illik yubileyi qeyd edilib
Bizi izləyin

İqtisadi gündəm

Tanınmış jurnalistin 60 illik yubileyi qeyd edilib

Publika.Az-ın verdiyi məlumata görə, tədbir Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və SOCAR-Georgia şirkətinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə ziyalılar, millət vəkilləri, elm adamları və media nümayədələri iştirak edib.


Tədbiri açan millət vəkili Qənirə Paşayeva Anna Bartkulaşvilinin Gürcüstanla Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafında çox böyük işlər gördüyünü vurğulayıb.

“Anna xanım beynəlxalq tədbirlərdə, beynəlxalaq tribunalarda Azərbaycanın, Qarabağın haqq səsini ucaltmış və daima Azərbaycanı öz vətəni saydığını bildirib”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov A.Bartkulaşvilinin yaradıcılığının daim diqqət mərkəzində olduğunu bildirib.

“Anna xanım həm filoloq, həm şairə, həm tərcüməçi olmaqla yanaşı, həm də bir jurnalistdir. O, həm Azərbaycan, həm də Gürcüstan ədəbi əlaqələrində çox böyük işlər görmüş və yenə də bu işləri davam etdirir”.

Tədbirdə iştirak edən Gürcüstandan olan nümayəndə heyəti də Anna Bartkulaşvilini yubiley münasibətilə təbrik edib. Onun Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrini yüksək qiymətləndirdiklərini bildiriblər.

Qonaqlar belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsi özünün ikinci vətəni saydığı Azərbaycanın Anna Bartkulaşvilinin yaradıcılığına verdiyi yüksək qiymətin göstəricisi olduğunu deyiblər.

Tədbirdə Millər vəkilləri Əsabil Qasımov, Flora Qasımova, İraqdan gələn nümayəndə, millət vəkili, şair Fevzi Əkrəm Tərzioğlu Yubilyarın ünvanına təbrik və xoş sözlərini səsləndiriblər. Sonda Anna Bartkulaşvili gələn qonaqlara öz təşəkkür və ehtiramını ifadə edib.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm