Xanlar Vəliyev: Azərbaycan ordusunda ölüm faktları azalıb
Bizi izləyin

İqtisadi gündəm

Xanlar Vəliyev: Azərbaycan ordusunda ölüm faktları azalıb

Azərbaycanın hərbi birləşmələrində ölüm faktları xeyli azalıb.

Publika.Az-ın məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib: "Çox təəssüf ki hərbi birləşmələrdə intiharlar və qəsdən adam öldürmə faktları var, ancaq statistika göstərir ki, belə faktların sayı azalmağa doğru gedir. Bütün hərbi birləşmələrdə bu qəbildən olan hadisələr ildən ilə azalır".

Onun sözlərinə görə, 93-cü ildən bəri Azərbaycanda ordu quruculuğunun ən böyük nəaliyyəti ondan ibarətdir ki, Azərbaycana məxsus hərbi birləşmələrdə fərarilik, hərbi xidmətdən yayınma cinayətlərinin sayı ildən-ilə azalır. Vaxtilə bu hadisələrin sayı minlərlə, on munlərlə ölçülürdüsə, indi bu hallar ona qədər olur.

Hərbi birləşmələrdə intiharlar məsələsinə toxunan prokuror bildirib ki, nəzərə almaq lazımdır ki, hərbi hissələrin böyük əksəriyyəti təmas xəttində düşmənlə üzbə-üz yerləşir, bütövlükdə xidmət şəraiti çox ağırdır: "Elə yerlər var ki, düşmənlə 50-100 metr məsafədədir. Qışın şaxtasında, yayın istisində əsgər hər zaman xidmətdədir. Bununla bağlı təbii ki, psixoloji gərginlik olur. Bu səbəbdən də intihar və ölüm faktları baş verir".

O vurğulayıb ki, çox az adamlar ümumi qaydalara, dövlətin, cəmiyyətin qanunlarına diqqət yetirir: "Əsgərlər gənclərdir, onların şıltaqlığı, dəcəlliyi nəticəsində çox ağır hadisələr baş verir. Digər tərəfdən hərbi hissələrin komandir heyətinin də müəyyən qanunsuzluqları belə hadisələrin baş verməsinə səbəb olur".

Onun sözlərinə görə, bütün hərbi birləşmələrin rəhbərləri ilə hər il ümumi tədbirlər planı hazırlanır: "Hər bir cinayət hadisəsi ilə bağlı onun baş vermə səbəbi və halları araşdırılır. Bununla bağlı da həmin hərbi birləşmələrin tabe olduqları qrumlara təqdimatlar, geniş məlumatlar verilir. İldə iki dəfə hər birləşmələrdə ölüm halları ümumiləşdirilir və müvafiq qrumlarla həmin halların baş verməməsi üçün tədbirlər görülür".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm