YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Bizi izləyin

İqtisadi gündəm

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

Trend-in məlumatına görə, ziyarətçilər arasında Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin müavini, YAP-ın sədr müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Ulu öndərin məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Daha sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm