Qənirə Paşayeva: “Azərbaycan oğulları vətən üçün mübarizəyə və mücadiləyə hazırdır”
Bizi izləyin

İqtisadi gündəm

Qənirə Paşayeva: “Azərbaycan oğulları vətən üçün mübarizəyə və mücadiləyə hazırdır”

“Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi” adlı bir həftəlik tədbirlər silsiləsində Azərbaycanda səfərdə olan İraq nümayəndə heyəti 15 iyun - Milli Qurtuluş günü münasibətilə Tovuz rayonunun N saylı hərbi hissəsində olublar.

Bu barədə Publika.Az-a “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin məlumat verilib.

Hərbi hissə komandiri Mayis Bərxudarov əsgərləri salamladıqdan sonra hər zaman bu ölkə üçün vuruşmağa, çarpışmağa hazır olduğunu da vurğulayıb: “Ulu öndər Heydər Əliyevin qoyduğu bu yolu Ali Baş komandan İlham Əliyev cənabları siyasət yolunda davam etdirdiyi kimi, biz də hər zaman öz sözümüzü deməyə hazırıq. Tovuz rayonu da hazırda düşmənlə qaynar olan nöqtələrdən biridir, amma deyim ki, digər bölğələrdə olduğu kimi Tovuz rayonu da etibarlı əllərdədir ”.

Millət vəkili Qənirə Paşayeva hərbçi və əsgərləri bu bayram münasibətilə təbrik edib. O, xidmət etdikləri bölgənin düşmənlə sərhəd olduğuna diqqət çəkərək əsgərlərə uğurlar arzulayıb.

“Bura ölkəmizin ön cəbhələrindən biridir. Siz ölkəmizi və bu ön cəbhəni çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanları qoruyursunuz . Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini və ön cəbhələri qoruyan oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə və mücadiləyə hazırdır”.

Millət vəkili Qənirə Paşayeva , Tovuz rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov və qonaqlar xidmətində fərqlənən hərbi hissənin əsgər və zabitlərinə hədiyyələr təqdim ediblər.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm