TQDK nəticələri açıqladı
Bizi izləyin

İqtisadi gündəm

TQDK nəticələri açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik ) 2, 8, 13 iyun 2012-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Publika.Az TQDK-nın saytına istinadən bildirir ki, tam orta təhsil bazasında (11 illik) keçirilən buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə məqbul qiymət alırlar.

Komissiya ümumi orta təhsil bazasında (9 illik ) 3, 8, 13 iyun 2012-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələrini də açıqlayıb. Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilən buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə imtahandan keçmiş hesab olunurlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm