Millət vəkili: “Ortaq tariximizdən danışmayaq, ortaq gələcək inşa edək“
Bizi izləyin

İqtisadi gündəm

Millət vəkili: “Ortaq tariximizdən danışmayaq, ortaq gələcək inşa edək“

“Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bugünü, gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkman nümayəndə heyətinin üzvləri Azərbaycan Yazıçılar Birliyində (AYB) ədəbi ictimaiyətin nümayəndələri ilə görüşüblər.


Bu barədə Publika.Az-a “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyindən məlumat verilib.

AYB-nin sədri, xalq yazıçısı Anar Azərbaycan ilə İraq türkmanları arasında tarixi əlaqələrin daha möhkəmlənməsində mədəniyyətlərin, ədəbiyyat xadimlərinin böyük xidmətləri olduğunu danışıb. O, İraq Türkman yazarları ilə dəfələrlə görüşdüyünü, onlardan 8 nəfərinin AYB üzvlüyünə qəbul edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili, AYB-nin üzvü Qənirə Paşayeva görüşün qonaqlarımızın və respublika ədəbi ictimaiyyəti nümayəndələrinin istəyi üzərinə düzənləndiyini vurğulayıb. O iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsindən də danışıb.

“Nəsimini, Füzulini, digər klassiklərimizi sevən, yaradıcılığının oğuzların ortaq ədəbi abidəsi olduğunu bilən yeni nəsillər, çox təəssüf ki, bir çox hallarda onların harada doğulduğunu, həyat və fəaliyyətlərini dərindən bilmir, yaxud öyrənməyə həvəs göstərmirlər. Biz istəyirik ki, həm bu boğluq aradan qaldırılsın, həm də yeni ədəbi əlaqələr qurulsun, festivallar, simpoziumlar keçirilsin. Yəni yalnız ortaq tariximizdən danışmayaq, ortaq gələcək inşa edək”.

Sonra dr. Şəmsəddin Kuzəçi İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin, İraq Mədəniyyət Nazirliyinin, Türkməneli İşbirliyi və Kültür Vəqfinin “Azərbaycan - İraq Mədəni əlaqələrinin genişlənməsindəki ilgi və xidmətlərinə görə” ödülünü azərbaycanlı qələm dostlarına təqdim ediblər.

Kifayət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm