İqtisadi gündəm
Fazil Mustafa: “Biz fərqli məsələləri qaldırdıq“
Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb.
Publika.Az-a açıqlamasında görüşə qatılmış Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa görüşdə ümumilikdə 13 partiya sədrinin iştirak etdiyini bildirib.
Fazil Mustafa qeyd edib ki, Eymon Gilmorun qarşısına Dağlıq Qarabağ münaqişəsi daha ciddi şəkildə qoyulub. O, bu məsələ ilə bağlı müzakirələrdə ATƏT-in qeyri-obyektiv mövqeyinin dilə gətirildiyini söyləyib.
Millət vəkili görüşün faydalı olduğu qənaətindədir: "Görüşdə Azərbaycanda demokratiya, insan haqları və başqa problemlər müzakirə olundu. Faydalı bir görüş oldu və ATƏT-in fəaliyyətdə olan sədri də bu məsələlərə həssaslıqla yanaşacağını diqqətə çatdırdı. Qarabağ məsələsində bütün müxalifət partiyalarının mövqelərinin üst-üstə düşməsi müsbət bir amil kimi qiymətləndirilməlidir".
Fazil Mustafa görüşdə parlament partiyaları ilə digər müxalifət partiyalarının qaldırdığı məsələlərin fərqli olduğunu söyləyib:
"Biz xüsusən parlament müxalifətinin problemlərini qaldırdıq. Parlamentdə fraksiyanın yaradılmasının mümkün olmadığı, qanunvericilikdə buna məhdudiyyətlər olduğu, digər tərəfdən parlament təmsilçiliyində müxalifətin yer almaması məsələləri diqqətə çatdırdıq. Hesab edirəm ki, onlar bu məsələyə münasibət bildirəcəklər. Müxalifətin parlamentdə olmayan hissəsi ilə Seçki Məcəlləsi, sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələləri ortaya qoydu".
Ömər Əmirov
Publika.Az
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı