Təhsil Nazirliyi şikayətlərin məzmununu açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Təhsil Nazirliyi şikayətlərin məzmununu açıqladı

Publika.Az-ın Nazirliyin rəsmi sayıtna istinadən verdiyi məlumata görə, müraciətlərin böyük hissəsi sorğu və məlumat xarakterlidir.


May ayında 45 şikayət məktubuna baxılıb. Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan 2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ, Xaçmaz, Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, xaricdə təhsil, əlavə təhsil, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları və s. ilə bağlı olub.

Ötən ay “Qaynar xətt” xidmətinə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 11, özəl ali təhsil müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsil müəssisələrindən daxil olan şikayətlərdə-təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi, struktur bölmə rəhbərlərinin vəzifə səlahiyyətlərini yerinə yetirməsində yol verdiyi nöqsanlar öz əksini tapıb.

Kifayət
Publika.Az


Oxumağa davam et
Reklam
Reklam

Gündəm