Kərküklü qonaqlar Daglıq Qarabağda
Bizi izləyin

İqtisadi gündəm

Kərküklü qonaqlar Daglıq Qarabağda

"Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü və gələcəyi" adlı tədbirlər silsiləsi çərçivəsində ölkəmizdə səfərdə olan İraq türkmanlarından ibarət nümayəndə heyəti Qarabağa - Xocavənd rayonuna səfər edib.

Tədbir "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir.

Birlikdən Publika.az-a verilən məlumata görə, qonaqlar öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti inzibati binası qarşısındakı büstünü ziyarət ediblər.

İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov kərküklü soydaşlarımızın Xocavəndə gəlişlərindən bir vətəndaş və icra başçısı kimi məmnun olduğunu bildirib.

Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana əsassız topaq iddiaları barədə tarixi faktları, hadisələrin xronologiyasını yığcam şəkildə şərh edən Eyvaz Hüseynov ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonar ordu, hüquqi-demokratik dövlət quruculuğu sahəsində görülən işləri qeyd edib.

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu"nun sədri Qənirə Paşayeva 15 iyun Milli Qurtuluş günü ərəfəsində kərküklü ictimai xadimlərin Qarabağa gəlişini əlamətdar hadisə adlandırıb.

Millət vəkili iraqlı soydaşlarımızın bir sıra qeyri-hökumət təşkilatlarının təmsil olunacağı və Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini, iraqlı soydaşlarımızın səsini dünyaya daha geniş çatdırmaq üçün Qarabağ (Azərbaycan) - Kərkük (İraq) - dayanışma platformu yaratmaq qərarına gəldiklərini bildirib. Bu platformun məhz Xocavənddə, Dağlıq Qarabağda elan olunmasını məqsədəuyğun saydıqlarını deyib.

Ümümilli lider Heydər Əliyevin "mən tarixi araşdırarkən gördüm ki, Quzey Azərbaycan da, Güney Azərbaycan da, İraq türkmanları da bir bütövün parçalarıdı" tarixi kəlamını xatırladan Qənirə Paşayeva istər yeni platformun, istərsə də hər bir vətənpərpər Azərbaycan insanının bütövlüyə, birliyə, həmrəyliyə xidmət edən fəaliyyət göstərməsinin zəruri olduğunu da qeyd edib.

Tədbirdə çıxış edən ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı Azərbaycan-İraq ədəbi əlaqələrinin daha da möhkəmlənməsi sahəsində belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda qonaqlara "Qarabağ: real faktlar, həqiqətlər, sənədlər" kitabı, Qaradağlı soyqırımı ilə bağlı yazılı və elektron vəsaitlər təqdim edilib.

Günay Əsədova

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm